Xəbər lenti

"Dinamo Zaqreb" "Qarabağ"ın futbolçusuna elçi düşdü
İdman16:01 26.08.2024

"Dinamo Zaqreb" "Qarabağ"ın futbolçusuna elçi düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Dinamo Zaqreb" klubu "Qarabağ"ın müdafiəçisi Julio Romao üçün 2.5 milyon avro təklif edib.

Oxu.Az xəbər verir ki, Xorvatiya çempionu "Qarabağ"ın braziliyalı dayaq yarımmüdafiəçisi Julio Romao üçün 2.5 milyon avro təklif hazırlayıb.

Lakin "Qarabağ" 26 yaşlı futbolçusu üçün qarşı tərəfdən 5 milyon avro gözləyir. Bu isə hazırda bu transferi mümkünsüz edir.

Qeyd edək ki, Julio Romaoya bu yay Macarıstan çempionu "Ferentsvaroş" da bir milyon avro təklif etdiyindən, keçid baş tutmayıb.