Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç Mahir Emreli ilə bağlı fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, "Riyeka" ilə matçdan sonra danışan Kopiç, qarşılaşmada fərqlənən Mahir haqda bunları deyib:
"Təbii ki, bu, onun üçün çox şey deməkdir. O, özünə böyük ümidlər bəsləyir, amma zədələrlə və forma ilə mübarizə aparırdı. Bu oyundan əvvəl o iki dəfə topu tirə vurmuşdu. O, bu qolu çox istəyirdi. Əlbəttə ki, onun üçün asan olmadı. Elə Rəqabətli matçlar vasitəsilə oyunçunu formalaşdırmaq bir məşqçi kimi mənim üçün də asan deyil. Keyfiyyətini göstərdi, gözəl qol vurdu və mən ona görə sevinirəm".
Xorvatiya çempionatının 30-cu turunda "Dinamo" səfərdə "Riyeka"nın qonağı olub. Görüş Zaqreb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qollardan birini millimizin üzvü Mahir Emreli rəqib qapısından keçirib. O, 79-cu dəqiqədə fərqlənərək komandasının bərabərlik qolunu vurub.
Səbuhi Həsənov