Kiyev "Dinamo"sunun sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Ukrayna xalqına müraciət edib.
Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolçu Ukraynaya öz dəstəyini nümayiş etdirib. Şəxsi sosial şəbəkə hesabından ukraynalılara səslənən Əliyev bunları söyləyib: "Dediyim kimi, mən burada, Kiyevdəyəm. Burada qalmışam və qalacağam. Övladlarımın doğulduğu ölkəni qorumaq üçün burada olacağam.
Mən hamını sadəcə sülhə çağırıram. Uşaqlar, ukraynalılar, gözləyin. Biz güclüyük, böyükük, hamısına dözəcəyik. Əlimdən gələni etməyə çalışacağam ki, bu ölkədə ancaq sülh olsun”.
Səbuhi Həsənov