Xəbər lenti

Dünya 21:00 03.07.2023

Dinozavrları məhv edən asteroid düşməsi zamanı tarakanlar necə sağ qalıb?

Tarakanlar müasir Meksika sahillərində Çicxulub kraterini əmələ gətirən və 66 milyon il əvvəl dinozavrları məhv edən asteroidin təsirindən sağ çıxa biliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə göbələk biotexnologiyası sahəsində jurnalist-tədqiqatçı Brayan Lovettın müvafiq araşdırması "The Conversation" tərəfindən dərc olunub.

Çicxulub Yer kürəsində zirvə halqasını qoruyub saxlayan yeganə kraterdir. Onun mərkəzi zonasını əhatə edən daş silsiləsidir. 2016-cı ildə krater London İmperial Kollecindən Coanna Morqan və Ostindəki Texas Universitetindən Şon Qulikin rəhbərlik etdiyi 364 Beynəlxalq Ekspedisiya tərəfindən tədqiq edilib. 

Tədqiqat çərçivəsində Meksika körfəzinin dibində mütəxəssislər 500-1300 metr dərinlikdə quyu qazıb və nümunələr götürüblər. Nümunələri təhlil etdikdən sonra alimlər zirvə halqasının necə əmələ gəldiyini öyrəniblər və daha sonra asteroidin düşməsindən 30 min ildən az müddətdə fitoplanktonun kraterdə yaşadığını göstəriblər.

Nəşrin məlumatına görə, meteoritin düşməsi zamanı Yerin temperaturu xeyli yüksəlib. Nəticədə tarakanların qaçmağa yeri olmayıb, lakin yastı bədənlərinə görə temperatur kritik həddə çatdıqda torpaqdakı kiçik çatlarda gizlənə biliblər. Daha sonra Çicxulub asteroidi səmaya qaralmış tozları qaldırdığı üçün istilik soyuyub. Günəş meydana gələn toz pərdəsindən demək olar ki, nüfuz etməyib və bitkilər məhv olub, heyvanlar yeməksiz qidasız qalıb.

Müasir tarakanların əksəriyyəti əcdadlarından kiçikdir, lakin onlar hələ də çox möhkəmdirlər. Ümumiyyətlə, Yer kürəsində təxminən 4600 növ tarakan var. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->