Xəbər lenti

Diplomatik korpuslara nə qədər pul ayrılıb?
Ölkə12:45 25.10.2017

Diplomatik korpuslara nə qədər pul ayrılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına 2018-ci ildə büdcədən ayrılacaq vəsait müəyyənləşib.
"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2018-ci il üzrə büdcə layihəsi”ndə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə 2018-ci ilin büdcəsindən 56 250 510 manat vəsait ayrılacaq.
Büdcə layihəsi artıq Milli Məclisə daxil olub və noyabrın 21-dən müzakirəyə çıxarılacaq. 
Qaynarinfo.Az