Xəbər lenti

DİQQƏT! "Twitter" kütləvi təmizlik işlərinə başlayır: hesabınız silinə bilər
Texnologiya11:43 27.11.2019

DİQQƏT! "Twitter" kütləvi təmizlik işlərinə başlayır: hesabınız silinə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi 6 aydan çox müddətə hesablarına daxil olmayan istifadəçilərə bildiriş göndərib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, həmin istifadəçilər dekabrın 11-nə qədər hesablarına daxil olmasalar, profilləri silinəcək. Sosial şəbəkə nəhəngi bu addımı aktiv istifadəçilərin daha etibarlı informasiyalar əldə etmələrini təmin etmək məqsədilə atır. "Twitter" həmçinin istifadəçiləri hesab açdıqdan sonra sosial şəbəkədən müntəzəm istifadə etməyə çağırıb.
Şirkət təmizlənən adlardan nə vaxt isti edilə biləcəyini açıqlamayıb. Lakin hesab silmə prosesinin bir neçə ay çəkəcəyi bildirilib.
Camal