Xəbər lenti

Direktor: "Best Model of Azerbaijan"ın vergi borcu yoxdur" (YENİLƏNİB)
Ekonomiks17:02 11.02.2026

Direktor: "Best Model of Azerbaijan"ın vergi borcu yoxdur" (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Best Model of Azerbaijan" MMC-nin, "Miss and Mister Grand" MMC-nin vergi borcu məsələsi öz həllini tapıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkətin ödəmələri qeyri-iş günləri üzündən sistemdə əksini vaxtında tapa bilməyib. 
Bu barədə məlumat verən şirkətlərin direktoru Elxan Paşayev bildirib ki, onların hazırda heç bir vergi borcu yoxdur, və ona heç bir məhdudiyyət qoyulmayıb.
E.Paşayev dediklərini təsdiq edən müvafiq sənədləri də təqdim edib.
Seyid