Elkin XəlilovElə mövzular var ki, adam o haqda heç vaxtyazmaq, danışmaq istəmir. Amma nə etməli, zaman, dövr və məkan bizdənasılı olmayaraq bir çox şeyi diktə edir. Məsələn, yazacağım bu mövzukimi.
Bu mövzuya toxunmaq istəməməyim problemə dairfikirlərimin, düşüncələrimin olmaması, yaxud ümumiyyətlə, yazmağıbacarmamağım deyil. Sadəcə mən belə problemlərin olmasına qarşıyam. Ammaindi özümdən aslı olmayaraq yazıram və bunu bir vicdan borcu hesabedirəm...
Dünən mənim üçün son ayların ənüzücü, ən kədərli xəbərini oxudum. Vicdan məhbusu, Zaur Qurbanlınınanası Səkinə Qurbanova oğlunun həyatının təhlükədə olması haqda həyəcantəbili çalıb.
Səkinə xanımın sözlərinə görə,talassemiya xəstəsi olan Zaur Qurbanlının qapalı şəraitdə saxlanmasıonun durumunu daha da pisləşdirir: "Hazırda Kürdəxanıdakı 1 saylıİstintaq Təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının üzvüZaur Qurbanlı bronxial astma və böyrək xəstəliklərilə yanaşı, həm də sondərəcə ağır irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkir.Qapalı şəraitdə saxlanması onun vəziyyətini daha da pisləşdirir".
Buana son zamanlar tanıdığım ən güclü qadınlardan biridir. Hətta Zaurhəbs ediləndə belə özünü başqalarının qarşısında sındırmadı. Başını diktutub "Oğlum haqlı bildiyi işlərlə məşğuldur" - deməklə hər kəsə narahatolmamağı tapşırdı. Səkinə xanım kimlərdənsə kömək istəmədi, oğlununağır xəstəlikdən əziyyət çəkdiyini bilə-bilə heç kimə ağız açmadı. Mərdqadın mərdi-mərdanə mübarizənin gedəcəyini güman edirmiş.
YanılıbmışSəkinə xanım və bu gün məsələnin ciddiliyi onu danışmağa vadar edir,haqlı olaraq oğlunun səhhətinə yönəlmiş təhlükəni ictimailəşdirir.
Səkinəxanımın siyası məhbus olan oğlu haqqında mətbuata verdiyi açıqlamadadiqqətimi çəkən bir məqam da oldu. Zaurun öz xəstəliyini biruzəverməməsi və gizlətməsi Onu tanıyan bir çox insana, yaxın dostlara buxəbər "şok" təsiri buraxdı. Onun bu xəstəliyi biruzə verməməsi və bunuisrarla gizlətməyə çalışması onun mübarizliyindən, əzmindən xəbər verir.Onun şəxsiyyəti indiyə kimi xəstəliyini deyil, necə mübarizə aparmasınımüstəvi qarşısına çıxarıb...
Zaur Qurbanlıkimdir? Qurbanlı Zaur Araz oğlu 1987-ci il yanvarın 12-də Bakı şəhərindəanadan olub. Orta təhsilini Şəki şəhər 17 saylı orta məktəb və ŞəkiFizika və Riyaziyyat təmayüllü litseydə alan Zaur, bu illərdə tarixfənni üzrə dəfələrlə respublika birincisi olub, litseyi fərqlənməatestatı ilə bitirib. 2003-ci ildə 665 balla Bakı Dövlət Universitetininhüquqşünaslıq fakültəsinə qəbul olub. Bir neçə xarici dil bilir, AzadYazarlar Ocağının üzvüdür.
Göründüyü kimi, o,sıradan bir vətəndaş deyil. Savadı, dünyagörüşü və intelektuallığı iləçoxlarından fərqlənir. Və əksəriyyətindən fərqli olaraq normal işdəçalışa bilər, heç həbsə-filana da düşməzdi. Ailəsini narahat etməzdi,sağlamlığını və həyatını təhlükə altına atmazdı. Görünür, bunlarınhamısı Zaur üçün ötəri arzulardır. Onun üçün ən böyük arzu azad vədemokratik Azərbaycandır.
İndi əsas məsələZaurun səhhətidir - bayaqdan demək, yazmaq istəmədiyim mövzu. Qarşıdanisti yay ayları gəlir. Havasız və rütubətli kamerada qalmaq talassemiyaxəstəsi üçün həyatı təhlükə deməkdir. Belə bir şəraitdə yaşamaq,mücadilə etmək hansı haqqa sığar? Həkimlərin sözlərinə görə, orta vəağır dərəcəli talassemiya xəstələri ayda bir dəfə həkim nəzarətindənkeçməlidirlər. Onların xüsusi qayğıya və daha çox oksigen qəbul etməyəehtiyacları var. Bu cür şəxslərin qapalı şəraitdə saxlanması xəstəliyinkəskin ağırlaşmasına səbəb ola bilər, hətta ölə bilərlər.