Xəbər lenti

Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır? (ŞƏRH)
Ekonomiks 12:12 28.10.2024

Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır? (ŞƏRH)

"Bu gün kim nəqliyyat vasitəsi alırsa, ilk növbədə onun ehtiyat hissələri və onların əlçatanlığı ilə maraqlanır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. 

Ekspert bildirib ki, ehtiyat hissələrinin əlçatan olması nəqliyyat vasitələrinin sahibləri üçün birinci amildir:

"Çin istehsalı olan avtomobillərin ehtiyat hissələri nə qədər əlçatandır? Ustaları nə qədər rahat tapılandır? Bunu nəzərə almaq önəmlidir. Nəqliyyat vasitələrinin satışı yaz-yay aylarında daha aktiv olur. Payız və qış mövsümü nəqliyyat vasitələri əlavə xərc tələb etdiyi üçün müəyyən insanlar bu xərcdən qaçmağa çalışır. Məsələn, adi günlərə nisbətən soyuq aylarda nəqliyyat vasitələri daha çox qulluq və diqqət tələb edir". 
 


Dizel yanacağı ilə işləyən avtomobillərin kütləvi satışa çıxarılmasına gəlincə, Aslan Əsədov bunun inandırıcı görünmədiyini bildirib. Onun fikrincə, bu gün ölkə iqtisadiyyatının böyük sənaye hissəsi dizellə işləyir:

"Bu kənd təsərrüfatı, yükdaşıma texnikaları və minik avtomibillərinə də aiddir. Birinci növbədə bu onların yanacaq sərfiyyatı ilə bağlıdır. Bundan əlavə, insanları az xərcə salır, yəni uzun müddətli təmirə ehtiyacı olmur. Digər nəqliyyat vasitələrində isə bu belə deyil". 

Ekspert vurğulayıb ki, Azərbaycanda elektriklə işləyən nəqliyyat vasitələrinə maraq artır və bu tendensiya inkişaf edəcək.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->