Xəbər lenti

Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək
Ölkə17:18 02.12.2025

Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti "Aypara-İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun sifarişi ilə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 4 ədəd fərdi yaşayış evi tikəcək. Buna görə "Aypara-İnşşat” MMC-yə 275 466,57 manat ödəniləcək. Bu halda bir evin tikintisinin 68 866 manata başa gələcəyi aydın olur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Aypara-İnşaat” MMC 11 APREL 2012-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 4 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, mənzil 66-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Maarif Aydın oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Seyid