Xəbər lenti

İdman 18:40 27.09.2023

Dörd ölkə Rusiya ilə oyunları boykot etdi: "Ukraynaya dəstəyimiz..."

Polşa Futbol İttifaqının (PZPN) prezidenti Sezari Kulesza ölkəsinin millisinin Rusiya gənclər yığması ilə görüşdən imtina edəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, prezident bu barədə "X" (keçmiş "Twitter") sosial şəbəkəsində yazıb.

"UEFA İcraiyyə Komitəsinin dünənki bəyanatı məni təəccübləndirdi. Əgər Rusiya komandalarının oynamasına icazə verilsə, o zaman bizim komandalar onlarla rəqabət aparmayacaq”, deyə Kuleşa bildirib.

Latviya Futbol Federasiyası rəsmi saytı da ölkə millisinin Rusiya gənclərdən ibarət yığması ilə oynamayacağını açıqlayıb.

"Bütün səviyyələrdə Latviya milli futbol komandaları, bu cür oyunların yerindən və ya rus idmançılarının təqdimat formasından asılı olmayaraq, Rusiya komandalarına qarşı oynamayacaqlar. Bu, bizim Ukraynaya dəstək verməklə bağlı qəti mövqeyimizlə ziddiyyət təşkil edir və bu mövqe silahlı münaqişə bitənə qədər qüvvədə qalacaq”, deyə federasiyanın bəyanatında bildirilir.

Danimarka Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Yakob Hoyer bəyan edib ki, ölkə komandaları Rusiya milliləri ilə oynamağa razı deyil:

"Yaşdan asılı olmayaraq, Danimarka millisi ilə Rusiya arasında matçları nəzərdən keçirməyəcəyik. Mən bunu vurğulamaq istəyirəm ki, Danimarka Futbol Assosiasiyasının mövqeyi həmişə olduğu kimi qalır”.

ki, İsveç Futbol Assosiasiyasının sədri Fredrik Reynfeldt isə bildirib ki, milli komandalar Rusiya komandaları ilə yarışlarda iştirak etmək fikrində deyillər:

"Rusiya komandaları ilə heç bir yarışa qatılmayacağıq. Onlarla rəqabət aparmaq fikrində olmadığımızı bəyan etmişik və bildirməkdə də davam edirik”.

Qeyd edək ki, sentyabrın 26-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Rusiyanın 17 yaşadək gənclərdən ibarət komandalarına beynəlxalq turnirlərdə iştirak etməyə icazə verib. Bununla belə, onlar meydana bayraqsız və himnsiz çıxacaqlar. Qarşılaşmalar ölkə xaricində baş tutacaq.

2022-ci ilin yazından Rusiya milli komandaları və klublarının beynəlxalq turnirlərdə iştirakı dayandırılıb. Rusiyanın A millisi yalnız yoldaşlıq oyunları keçirmək imkanı əldə edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->