Xəbər lenti

Dövlət Agentliyi tibb şirkətindən rəhbəri və müavinləri üçün mebel alır
Ekonomiks 17:38 03.07.2024

Dövlət Agentliyi tibb şirkətindən rəhbəri və müavinləri üçün mebel alır

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tibbi avandalıqların satışı üzrə ixtisaslaşmış "Arash Medical Company" şirkətindən mebel alacaq. 

Qaynarinfo xəbər verir ki, "Araş Medical Company" Agentliyin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 71 803 manatdır. 

Agenlik aşağıdakı mebelləri almağı planlaşdırır:

Rəhbər kreslosu - 15 ədəd
İşçi kreslosu - 150 ədəd
Qonaq kreslosu - 30 ədəd
Qurum rəhbərinin müavini üçün masa dəsti - 1 ədəd
Departament müdürü üçün masa dəsti - 10 ədəd
Qurum rəhbərinin müavini üçün sənəd və paltar dolab - 1 ədəd
Qurum rəhbərinin müavini üçün TV altlığı - 1 ədəd
İşçi masası - 130 ədəd
Printer altlığı - 20 ədəd
Laboratoriya stulu - 10 ədəd
Gözləmə zalı oturacağı - 10 ədəd
Sənəd üçün dolab - 70 ədəd.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

Lakin şirkətin keçmiş spiker Oqtay Əsədovun nəzarətində olduğu iddia edilir. Kamran Məmmədovdan əvvəl "Arash Medical Company" şirkətinə rəhbərlik edən Cavid Əsədovun Oqtay Əsədovun qardaşı oğlu olduğu bildirilir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->