Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs "Agro Best” QSC ilə müqavilə bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə idxal inək, qoyun, qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması, həmçinin özünüməşğulluq layihəsi çərçivəsində təchizat işlərinin satın alınması nəzərdə tutulur.
Tərəflər arasında bağlanan müqavilənin dəyəri isə 62 146 514 manatdır.
"Agro Best” QSC, 2010-cu ilin avqust ayında dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İsmayilov Anar Əlif oğludur. Şirkətin nizamnamə kapitalı 2 010 manat təşkil edir.
Şərhlər