Xəbər lenti

Dövlət Dəniz və Liman  Agentliyi gəmilərə xəbərdarlıq etdi
Ekonomiks12:27 20.01.2025

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 22-nə kimi davam edəcək.
Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.  
Dalğanın hündürlüyünün isə 3.0-5.0 m. sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır.