Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi
Ekonomiks14:37 07.10.2023

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.
Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında
müşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.  
Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü 2.0-4.0 m., sonrakı inkişafda isə 4.5-6.5 m.çatacağı proqnozlaşdırılır.