AccessBank dövlət işçiləri üçün nəzərdə tutulmuş nağd kredit kampaniyasına start verir. Yeni nağd kredit kampaniyasına əsasən, dövlət işçiləri əmək haqlarından asılı olaraq, 40.000 manatadək nağd krediti illik 13%-dən başlayan faiz dərəcəsi ilə və komissiyasız əldə edə bilərlər.
AccessBank-dan kredit əldə etmək üçün Bankın filiallarına yaxınlaşmaq, həmçinin 151 Əlaqə mərkəzinə zəng etmək olar. Məhsul haqqında məlumatları həmçinin
accessbank.az saytından və ya Bankın sosial media hesablarından (
Facebook,
Instagram,
LinkedIn) əldə etmək mümkündür.