Ekonomiks 11:51 17.05.2023

Dövlət Komitəsində 3 idarəyə rəis təyin edildi

Dövlət Gömrük Komitəsinin üç idarəsinə yeni rəislər təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Komitə sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, qurumun Avtomobil Nəqliyyatı İdarəsinə polkovnik Bədəlov Eldar Mülküm oğlu, Əməliyyat və İstintaq Baş İdarəsinə polkovnik Nuriyev Orxan Eldar oğlu, Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinə polkovnik-leytenant Bağırlı Namiq Oktay oğlu rəis təyin olunub.

Qeyd edək ki, Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov həbs olunmuşdu.

Əhməd