"McDonalds Azərbaycan" QSC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.
Qeyd edək ki, "McDonalds Azərbaycan” QSC 1999-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 2 845 000 AZN olan şirkətin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.
Seyid