Xəbər lenti

Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirildi
Ölkə09:55 20.09.2024

Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ramal Rəsulov artıq Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə yerləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Agentlik tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.
Qeyd edək ki, Xətai rayonundakı 3 nömrəli uşaq evindən qaçdığını deyən 13 yaşlı yeniyetmə dünən "Səni axtarıram” verilişinə gələrək ağır ittihamlar səsləndirib. O deyib ki, müəssisədə uşaqlar kamera olmayan yerlərdə - dəhlizdə və sanitar qovşaqda döyülür.