Xəbər lenti

Doktorantura və dissertanturaya qəbul planı açıqlandı
Ölkə16:10 20.11.2013

Doktorantura və dissertanturaya qəbul planı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılıb. 

Asnpress-in məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu günkü iclasında AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev bildirib. 

Onun sözlərinə görə, bunlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub. 

Müzakirədən sonra noyabr ayının 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabr ayının 20-dək sənədlərin qəbulu aparılacaq. Dekabr ayının 25-dən isə qəbul imtahanları başlayacaq.

Qaynar.info