Xəbər lenti

Dollar bahalaşa bilər
Ekonomiks05:39 01.08.2016

Dollar bahalaşa bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli Federal Ehtiyatlar Sistemini (FED) bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb.

Qaynarinfo.Az APA-ya istinadən bildirir ki, U.Dadli bu addımın çox ciddi fəsadlarının olacağına işarə edib.

"FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq", - deyə o qeyd edib.

U.Dadli uçot dərəcəsinin artırılmasına mane olan bir sıra amillərin olduğunu bildirib: "Söhbət həmçinin xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var".

Qeyd edək ki, U.Dadli (toplantılarda səsvermə hüququna malikdir) FED rəhbəri Canet Yellənlə çox yaxın münasibətlərdədir və tənzimləyici tərəfindən verilən qərarlara təsir edə biləcək şəxslərdəndir.

Qaynarinfo.Az