Xəbər lenti

Dollar birinci gün bahalaşacaq
Ekonomiks08:45 04.03.2016

Dollar birinci gün bahalaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın müntəzəm keçirdiyi bugünkü valyuta hərracına 100 mln. ABŞ dollarını satışa çıxaracaq. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib. 
"Report"un analitik qrupu AMB-nin martın 7-nə ABŞ dollarının rəsmi məzənnəsini təxminən 1,61 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyini proqnozlaşdırır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
Qaynar.info