904-cü ildə mayın 11-də İspaniyada doğulub. Dali 6 yaşında miningitdən ölən qardaşından 9 ay sonra dünyaya gəlib, 1973-cü ildə bu haqda yazırdı: “Doğulduğum gündən bir ölünün ayaq izləri üzərində yeriməyə başladım. Məni sevərkən əslində onu sevirdilər, bəlkə də məndən çox.Atamın bu sərhədsiz sevgisi həyatımın ilk günlərindən etibarən mənim üçün böyük yara oldu”.Ailəsinin ona ölən qardaşı kimi münasibəti psixologiyasını alt-üst etdi.Daliyə verilən “Salvador” da qardaşının adıydı.Qardaşının əkizi kimiydi, ona çox oxşayırdı.Bu oxşarlıq dayanmadan onu özünü sübut etməyə məcbur edir, lakin keçirdiyi isterik gərginlik də həll yolu olmadı.
Bəlkə də uşaqlığında yaşadığı bu faciə Dalini fərqli olmağa məcbur edən səbəblərdəndi.Həyatı boyu müxtəlif sənət cərəyanlarından təsirlənib, ayrı-ayrı izmləri seçib, sonda da özünü qeyri-reallığı özündə əks etdirən cərəyanlarda tapdı.Daliyə təsir edən rəssamlar arasında Pablo Pikasso önəmli yerə sahib idi.Əsərlərində Pikassonun mənimsədiyi kubizmin təsirlərini görmək mümkündür.
“Mən narkotikəm”
Həyatı boyu bir çox sənət əsəri yaradan Salvador Dali qeyri-adi tərzi ilə adını rəssamlıq dünyasına dərindən yazdırdı.Sənətin palitrasına əlavə rəng qatdı.Əsərlərindəki təbiət və insan zehni xaricində olan izlər saysız suallar və cavablar yaratdı.Hər insan tərəfindən Dalinin əsərlərinə fərqli baxış var, bu onun sənətini sonsuzlaşdırır. 16 yaşında gündəliyinə özü haqda yazdığı bu sözlər Dalinin kim olmasına ip ucu verir: “Dahi olacam və hər kəs mənə heyran olacaq”. Sonrakı illərdə bu sözləri təkrarlaması və istəyinə çatması Salvador Dalinin nə qədər güclü məqsəd ehtirasına və özgüvənə sahib olmasını göstərirdi.
Təəccübləndirən əsərləri və qeyri-adi şəxsiyyət tipiylə insanların yaddaşlarına həkk olan Dali ondan müsahibə alan jurnalistə digər rəssamlarla özü arasındakı fərqi belə izah etmişdi: “Əlimdəki əsanı görürsən? Bunu qətrana batırsam, milyonlarla dollar edər, bunu başqası etsə ona “dəli” deyərlər”. Yenə özünə “Narkotikdən istifadə edirsiz?” sualına belə cavab vermişdi: “Mən narkotikəm”. Bu sözləriylə dahi olması və özünəməxsus üstünlüklərini qabağa çəkməklə yanaşı qəribə fərqliliyinin də altından xətt çəkir.
Qadınlardan qaçış
Salvador Dali qardaşının ölümündən 9 ay 10 gün sonra ata və anasının o gecə girdikləri cinsi əlaqədən doğuldu.Özünü ölmüş qardaşının ruhu olduğuna inanırdı.Lakin bununla sekslə ölüm arasında güclü bağın olduğunu düşündü və heç vaxt sekslə məşğul olmadı, yaxud onun haqda belə iddia olundu.Təzadlı idi.Lakin nə qadınlara toxunduğu, nə də qadınların ona toxunmasına icazə verdiyi deyildi.Seks əvəzinə mastrubasiyanı seçdi.53 illik həyat yoldaşı Qala ilə də cinsəl əlaqə yaşamadı.Həm də sekslə yoluxacaq xəstəlikdən qorxurdu.Gənc yaşlarında qadınlar ondan qaçırdılar və məyusluq hisslərinə qapıldı, özünü “impotent” elan etdi, qadınlarla arasında keçilməz sədd çəkdi. Qala köməyinə çatdı və bu haqda yazırdı: “Qala məni övladlığa götürdü. Mən onun yeni doğulan uşağı, oğlu və sevgilisiydim.Dəliliyimin səbəbi, onun mənim dəliliyimi öz üzərinə götürməsindədir”.
Böyük mastrubasiyaçı, seksapel mənzərə və kədərli oyun
1916-cı ildə rəssamlıq məktəbinə daxil olan Dali atasının dəstəyi ilə öz evlərində 1 il ərzində adi karandaşlarla çəkdiyi rəsmlərin sərgisini təşkil etdi. İlk peşəkar rəsm sərgisi isə 1919-cu ildə Fiqeres şəhərindəki Munikipal Teatrında açıldı.Müəllimi tanınmış rəssam Xuan Nunez idi.Dali katalon impresionist ve realistlərini tanıdıqdan sonra kubizm cərəyanını və Xuan Qrisi kəşf etdi.1921-ci ildə anasını döş xərçəngindən itirəndə hələ 16 yaşında idi.Bu ağır travmanın öhdəsindən gəldiyi vaxt atası mərhum həyat yoldaşının bacısıyla evləndi. Xalasını çox istəyirdi, amma... Salvador Dali Fiqeres Sənət Məktəbində təhsil aldığı dönəmdə Migel Angel, El Qreso, Velaskez, Leonardo, Qoya və sevdiyi digər rəssamların dərc olunduğu “Studium” jurnalında işlədi. 1922-ci ildə Madridə köçdü və “San Fernando School of Fine Arts”da çəkdiyi kubist əsərlərlə diqqətləri üzərinə çəkdi. Həyatı boyu izinə düşəcək dadaizmlə də Madriddə tanış oldu. Məktəbdə onu imtahan edəcək istedadda heç kəsin olmadığını dediyi üçün buradan qovulan Dali “Basket of Bread” adlı əsəriylə bunu sübut etdi. Həmin il Parisə gedən rəssam burada Pablo Pikasso ilə tanış olmaq fürsəti qazandı və bu, onun gələcək fəaliyyətində özünü göstərdi. 1930-cu illərin əvvəllərində Parisdə qurulmuş sürrealist hərəkatdan az müddət sonra dikbaş və üsyankar şəxsiyyətinə görə kənarlaşdırıldı. Lakin bu vaxt ərzində onu sürrealizmin ən böyük təmsilçilərindən birinə çevirəcək “Böyük mastrubasiyaçı, seksapel mənzərə və kədərli oyun” adlı əsərini yaratmışdı.
Dollar düşkünü
İkinci Dünya Müharibəsi başlayan kimi həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a gedən Salvador Dali 8 il burada yaşadı. Bu illər ərzində ancaq mehmanxanalarda yaşadılar və 1949-cu ildə yenidən İspaniyaya qayıtdılar.1950-ci illərdə “Əks olma və dərinləşmə üzərinə Paranoya - Müzakirə” metodunu inkişaf etdirən rəssamın əsərlərinin əksəriyyətinin mövzusunu din, tarix və digər elmlər təşkil edirdi.Sadəcə rəssamlıqda yox, sənətin digər növlərində də Dali təəccübləndirici və qeyri-adi idi. Rəssam bir smokinə içində filtr olan likör qədəhləri yapışdıraraq yaratdığı bu sənət əsərinə “Afrodiziak pencək” adını verdi. Daha sonra ilbizdən telefon hazırladı.“Çəkməcəli Milo Venera” adlı əsərində heykəli çəkməcəli və gülməli mebelə çevirən Dali mebelin quplarını məmələr, göbək və diz qapaqları formasında hazırlamışdı.Bir sıra mebel firmaları rəssamın bu kreativ fikirlərindən istifadə etdilər.Fransız dilində “Avida dollars” (dollar düşkünü) adlandırılan “dəli dahi” hazırladıqlarını meta kimi ortaya qoyduğu üçün “Sənət sənət üçündür” düşüncəsini yıxmağa çalışdı.
Qaladan qəsrə
1982-ci ildə Qalanın ölümüylə Dalinin səhhətində ciddi problemlər yaranmağa başladı.1984-cü ildə İspaniyada yaşadığı qəsrində baş verən yanğından sonra narahatlığı bir qədər də artdı.Son illərinin bir hissəsini Puboldakı qəsrində, bir hissəsini də özü qurduğu Teatr Muzeyinin yanında yerləşən “Torre Galatea”dakı xüsusi otağında keçirdi.1989-cu ilin yanvarın 23-də Figeras xəstəxanasında 84 yaşında gözlərini yumdu.Figerasdakı muzeyinin nəhəng günbəzi altında dəfn olundu.Dali bütün varidatını və kolleksiyasını İspaniya dövlətinə bağışladı.
Dalğıc geyimində konfransda
Salvador Dalidə parkinson, diqqət əskikliyi və hiperaktivlik pozğunluğunun əlamətləri vardı. Bütün həyatını dahi olduğunu sübut etməyə çalışdı.Tez-tez “mənə dərs deyəcək və məni imtahana çəkəcək istedadlı müəllim yoxdur” deməsinə görə, məktəblərdən qovulurdu.Həyat yoldaşının gündə üç dəfə geyimini dəyişməsini çox sevirdi.Pul saymağı bilmədiyi üçün ələ salınırdı.Başqalarının ayaqlarına baxmasından narahat olurdu.Pis xarakterli ruhlardan özünü qorumaq üçün yanında odun parçaları daşıyırdı.
Mikroblar, öldürülmək və çəyirtkələrdən qorxurdu.Diqqəti özünə çəkmək üçün insanların sıx olduqları yerlərdə tullanıb-düşürdü.Evdə lama saxlayan Dali heyvanın adını “Dali Lama” qoymuşdu.Dali Qalanı özünə aşiq etmək üçün gübrədən hazırlanmış pis qoxulu ətirdən istifadə edirdi.7 yaşında imperator olmaq istəyirdi.Özünün Napoleon olduğunu düşünürdü.Londondakı konfransa köhnə dalğıc geyimiylə getmişdi.Başına “Mercedes” radiatorunun bərkidildiyi kaska qoymuşdu. Danışmağa başlayanda boğulduğunu hiss etdi. Tamaşaçılar bunu zarafat kimi qəbul etdilər, lakin səhnə işçiləri kaskanı boğulan Dalinin başından çıxardıqdan sonra bunun həqiqət olduğunu bildilər.
“Dahi olmasan belə, özünü dahi kimi apar, mütləq inanacaqlar”
“Sürrealizm mənəm” deyən adam Salvador Dali... bu gülməli bığlı rəssamı dünyanın hər yerində hamı tanıyır. Bəzilərinə görə modern dünyanın ən dahi rəssamı, bəzilərinə görə də qeyri-adi bığları olan dəli idi. Özünü belə təsvir edirdi: “Dünyada iki böyük rəssam var: biri Pablodur, biri mən. Amma mən daha böyüyəm”.Kiçik yaşlarından ağrı və həzzin biri-birlərinə yaxın hisslər olduğunu düşünürdü.Buna görə də insanlara hücumlar edirdi.5 yaşında dostunu 5 m hündürlüyü olan körpüdən aşağı itələmişdi.Dalinin qeyri-adi yaratmaq üslubları vardı.Məsələn, yaradıcılığını inkişaf etdirmək üçün yemək masasında qabağına bir boşqab və bir qaşıq qoyaraq yatırdı, qaşığa toxunanda səs çıxırdı və gözlənilmədən oyanırdı.Bu vaxt bir anlıq beyninə gələn görüntülərin şəkillərini çəkirdi.Müvazinətsiz və yersiz hərəkətləriylə məşhur idi.Dalinin nə vaxt yalan, nə vaxt doğru danışdığını bilmək mümkün deyildi. Hətta, bu dəliliyini özünün dilindən başa salan sözləri də vardı: “Cəmiyyətin mənim zarafat etdiyimi, yaxud ciddi danışdığımı bilməsi əhəmiyyətli deyil. Heç bu, mənim üçün də əhəmiyyətli deyil”.
Yalançı və diktator fanatı

Üzərində imzası olduğu üçün xırdalanmadığına görə, restoranlarda yediyi yeməklərin pullarını çeklərlə ödəyirdi.Üstəgəl həmişə restoranlarda dostları və yaxınlarıyla gedirdi.Pulu da o ödədiyi üçün həm ona, həm də dostlarına yemək pulsuz başa gəlirdi.Rəssamlıqla yanaşı elmi fəaliyyəti də vardı.Optik illüziyalar, dil, riyaziyyat və xüsusilə DNA ilə bağlı mövzuları araşdırırdı.Elmi məqalələr yazırdı.Atom bombası və anatomiya ilə maraqlanırdı və bunlardan ilham aldığını deyirdi.Saysız rəsmlərlə yanaşı qəribə heykəllər, optik illuziyalar yaratdı, kitablar yazdı, qısa filmlər çəkdi.Pul düşkünü idi.Bir gün zəngin bir adama öz əsərini baha satmaq üçün bunu on minlərlə arının zəhərindən çəkdiyini demişdi. Con Lennonun həyat yoldaşı Yoko Ono bığından bir tük istədiyi üçün bunun qarşılığında 10 min dollar tələb etdi. Kitabının təqdimatını saxta həkim və tibb bacısıyla etmişdi.Bunu xəstə olduğu bəhanə gətirərək, əslində isə diqqət çəkmək üçün etmişdi.Adolf Hitlerin fanatı idi.Dünya müharibəsi vaxtı bütün rəssamlar Hitlərə qarşı çıxdıqları halda o, bu qanlı diktatorun şəkillərini çəkirdi.İspaniya vətəndaş müharibəsində diktator Frankonu dəstəklədiyini açıqladı.Bu seçimi marksist və sürrealist rəssamlar arasında narazılıq, çaşqınlıq yaratdı.Dalinin stabil siyasi mövqeyi yox idi, heç vaxt çoxluq olan yerdə olmurdu.Elvis Presli, Con Lennon, David Bovi, Pablo Pikasso və Ziqmund Freyd kimi məşhur dostları vardı.
“Şeytan içimdə yaşayır”
Çox vaxt yatanda əlində içində açar olan kasa tuturdu.Dali eyni zamanda “paranoid kritik” tərəfini də kəşf etmişdi.Bu üsulla özünə bilərəkdən məntiqsiz və absurd təkliflər edərək özünü paranoid ruh halına soxurdu, hissləri irrasional vəziyyətə gəldikdən sonra şəkillər çəkməyə başlayırdı.Başqa insanlar şəhərdə it, yaxud pişiklərlə gəzdiyi halda Salvador Dali yanında qarışqayeyən gəzdirirdi.1947-ci ildə üzərində cin çıxarma ayini həyata keçirmək üçün evinə rahib çağırdı.İçində şeytanın yaşadığına inanırdı.Evində müsahibə almağa gələn jurnalistlərin qabağına çılpaq çıxırdı.
İki qadından bir qadın
Aşiq olduğu və həyat yoldaşı Qala dostu və şair Paul Eduardın arvadı idi. Salvador Dalinin həyatı iki yerə ayrılırdı: Qaladan əvvəl, Qaladan sonra. Rus vəkilin qızı və bir şairin həyat yoldaşı olan Qala ilə tanış olması Dalinin həyatında dönüş nöqtəsi idi. Bundan əvvəl sevgiyə önəm verməyən rəssam bu qadınla böyük bir məhəbbət macərası yaşadı.Bir çox əsərində də bunu təsvir etdi.Evləndilər. Qala Dali üçün təkcə həyat yoldaşı və sevgili deyildi, həm də onun sürrealist baxışlarını dəstəkləyən dost idi. 1926-cı ildə Kadakezdə Miramar mehmanxanasında tanış olmuşdular. Həmin vaxta qədər qadınlarla maraqlanmayan Salvador Dali Qalanın sehrinə düşdü.Səhəri gün saat 11-də otelin hovuzunda görüşmək üçün sözləşdilər.Qalayla görüşdən əvvəl soyundu, döşlərinin ucu, bədənin tükləri və göbəyi görünəcək formada köynəyini eqzantrik formada kəsdi.İncə boyunbağı və qırmızı sırğa taxdı.Təraş olarkən üzünü kəsdi və qanını üzünə sürtdü.Lakin açıq pəncərədən hovuz kənarında dayanmış Qalanın günəşin yandırdığı kürəyini gördükdən sonra bu eqzantrik rituala son qoyub aşağı qaçanda Dalinin 22 yaşı vardı və anasını yenicə itirmişdi.Qadının barmaqlarında üzük vardı.Qala Dalinin dostuyla evli idi.Dalinin anası döş xərçəngindən ölmüşdü.Həyatda ən çox sevdiyi ikinci qadın Qalayla evləndi.Həyat yoldaşının döşünün biri çöldə olan portretini çəkdi. O, bir qadında iki qadını yaşayırdı. Qalanın ölümü Dalinin yaşamaq istəyini də öldürdü və o, qəsrinə çəkildi.
Gizli homoseksual
Qala və Dalinin spekulyasiyalara açıq cinsəl münasibətləri vardı.Dalinin homoseksuallığa olan meyilinə görə, şair Qarsiya Lorkayla içində cinsəllik olduğu dostluğu var idi.Dali anal seksi hər şeydən üstün tutduğunu deyirdi.Lakin Qala onun üçün dünyanın ən gözəl qadınıydı.Amma bir sıra mənbələr buna baxmayaraq onların bir dəfə də sekslə məşğul olmadıqlarını iddia edirlər. Dalinin öz spermasının dadını çox sevdiyni də nəzərə alsaq, hər şey ola bilərdi.
Qaynar.Az
Mənbə: cebhe.info