
Bu gün Mərkəzi Bank (MB) növbəti valyuta hərracı keçirib.
Qaynarinfo.Az-ın verdiyi məlumata görə, hərracın sonunda dolların məzənnəsi yenidən bahalaşıb.
Belə ki, hərrac 1 ABŞ dolları üçün 1,7525 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7570 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Beləliklə, sabah dolların məzənnəsinin bir qədər də bahalaşacağı istisna olunmur.
Pərvin Zeynal
Qaynarinfo.Az