
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
Qaynar.info-nun Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində yenidən ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0494 AZN-dən 1.0484-ə düşüb.
Avronun məzənnəsində də azalma qeydə alınıb. Avropanın vahid valyutası 1.1510-dan 1.1416-ya qədər ucuzlaşıb.
Rusiya rublunun kursu da günə ucuzlaşma ilə başalayıb. Belə ki, ötən gün 0.0205 manata olan 1 rubl 0.0181 qədər azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info