Xəbər lenti

Dollar yeni həftəyə necə başladı?
Ekonomiks05:00 27.07.2015

Dollar yeni həftəyə necə başladı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində iki gündən sonra ucuzlaşma qeydə alınıb. Dollar 1.0494-dən 1.0492-ə enib. 
Avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1515-dən 1.1547-yə qalxıb. 
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0.0181 manatdan 0.0180 manata kimi enib. 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info