Xəbər lenti

Dollar yüksəlir: treyderlər ABŞ-Çin danışıqlarından xəbər gözləyir
Dünya 15:37 10.06.2025

Dollar yüksəlir: treyderlər ABŞ-Çin danışıqlarından xəbər gözləyir

ABŞ və Çin nümayəndə heyətlərinin Londonda apardığı ticarət danışıqlarının ikinci günündə dolların məzənnəsi yüksəlməkdə davam edir. İnvestorlar bu həftə ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatların dərcini də gözlədiklərindən, ticarət əməliyyatlarına tələsmirlər.

Qaynarinfo xəbər verir ki, saat 09:44-ə (Bakı vaxtı ilə) dolların altı əsas valyutadan ibarət səbətə qarşı indeksi 0,17% artaraq 99,134-ə yüksəlib. Bu, ötən həftəki altı həftənin minimum səviyyələrindən uzaq deyil. 2025-ci ilin əvvəlindən bu yana indeks 8,7% geriləyib.

Vaşinqton və Pekinin yüksək rütbəli nümayəndələri çərşənbə axşamı Londonda ticarətlə bağlı danışıqları bərpa ediblər. Tərəflər gömrük rüsumlarından nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlərədək bir sıra məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.

Avro 0,16% ucuzlaşaraq \$1,1402 səviyyəsinə düşüb, funt-sterlinq isə \$1,3538 səviyyəsində sabit qalıb.

Saxo Bank-ın analitiki Çaru Çanana bildirib: "Danışıqların uzanması və bəzi amerikalı rəsmilərin müsbət açıqlamaları qısamüddətli rahatlıq hissi yarada bilər, lakin real struktur dəyişiklikləri olmadan bazarların bu optimizmə inanacağı çətin görünür”.

Avstraliya dolları ("ossi”) \$0,651 səviyyəsində sabit qalıb, Yeni Zelandiya dolları ("kivi”) isə \$0,6041 səviyyəsində ticarət olunur. Bu, ötən həftə qeydə alınmış yeddi ayın maksimumuna yaxın göstəricidir.

Yapon yeni dollarla cütlükdə ciddi dəyişiklik göstərməyərək 1 dollar üçün 144,6 yen səviyyəsində qalıb. Bu ilin əvvəlindən bəri yen "yaşıl valyuta”ya qarşı 8%-dən çox bahalaşıb. Yaponiya Mərkəzi Bankının yaxın vaxtlarda iclas keçirməsi gözlənilir.

İnvestorlar həmçinin çərşənbə günü may ayı üzrə ABŞ-da istehlak qiymətləri indeksinin (CPI) açıqlanmasını və 17-18 iyun tarixlərində keçiriləcək Federal Ehtiyat Sisteminin (FED) iclasını gözləyirlər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->