Xəbər lenti

Dollarda ucuzlaşma
Ekonomiks05:11 09.06.2015

Dollarda ucuzlaşma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb. Belə ki, ötən gün 1,0487 AZN-ə bərabər olan dollar manat qarşısında azalaraq 1.0476-ya düşüb. 
Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1645-dən 1,1858 manata kimi yüksəlib. 
Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. Rubl 0.0186-dan 0.0187 AZN-ə qədər yüksəlib. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info