Xəbər lenti

Dollardan növbəti bahalaşma
Ekonomiks05:10 05.06.2015

Dollardan növbəti bahalaşma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Mərkəzi Bankdan Qaynar.info-ya verilən məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Belə ki, ötən gün 1.0479 olan ABŞ dolları manat qarşısında möhkəmlənərək 1.0482-yə bərabər olub. 
Avronun məzənnəsi isə manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1.1808-dən 1.1751 manata kimi azalıb. 
Rusiya rublunun kursunda isə ucuzlaşma davam edir. 1 rublun dəyəri azalaraq 0.0193-dən 0.0186-ya düşüb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info