Xəbər lenti

Dollardan qəfil bahalaşma - MƏZƏNNƏ
Ekonomiks05:51 28.04.2017

Dollardan qəfil bahalaşma - MƏZƏNNƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Banklararası ticarətdə dollar bahalaşmaqda davam edir. "Qaynar" fins.az-a istinadən xəbər verir ki, “Bloomberg” terminalında dollar ötən gün 1.7097 manata qədər yüksəlib. 

Bu isə ABŞ valyutasının Azərbaycan manatı qarşısında 1,92 % dəyər qazanması deməkdir. Bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.

Qeyd edək ki, bu son 24 gündə ən yüksək məzənnədir. Belə ki, aprel ayının 4-dən etibarən terminal üzərində dollar kəskin düşməyə başlamışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Qaynar.Az