Xəbər lenti

Dolların bahalaşması davam edir
Ekonomiks05:00 21.05.2015

Dolların bahalaşması davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0485-dən 1.0486 AZN-ə yüksəlib.
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1680-dən 1.1662-yə qədər ucuzlaşıb. 
Rusiya rublunun kursunda isə dəyişiklik müşahidə edilməyib. 1 rublun dəyəri 0.0211 manat təşkil edib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info