Xəbər lenti

Dolların məzənnəsi 1,44 manata düşə bilər - RƏY
Ekonomiks10:36 02.05.2016

Dolların məzənnəsi 1,44 manata düşə bilər - RƏY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bu il ərzində milli valyutanın ABŞ dollarına qarşı mövqeyinin möhkəmlənməsi gözlənilir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları ilə müqayisədə hazırda daha zəif mövqedə olduğu müşahidə edilir. 
Qeyd edək ki, əsas ticarət tərəfdaşlarından Rusiyada dolların məzənnəsi 2016-cı ildəki  maksimal səviyyə - 86 RUB/USD-dən 25,6% enərək 64 rubla düşüb. Türk lirəsi isə 9% möhkəmlənərək pik (3,07 TRY/USD) həddindən aşağı enib. Azərbaycanda isə dolların məzənnəsi isə maksimal səviyyəsindən (1,6411 AZN/USD) 8% möhkəmlənərək 1,5072 AZN/USD-yə düşüb. Bu da manatın real effektiv məzənnəsini aşağı salıb. Real effektiv məzənnənin azalması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşaiyət olunur. Belə ki, ticarət tərəfdaşı olan ölkələrdən idxal edilən malların qiyməti, bu ölkələrdə milli valyutanın möhkəmlənməsi səbəbindən dollar ekvivalentində artdığından, manatın məzənnəsinin dollara nisbətən zəif qalması idxal olunan malların manat ekvivalentində yüksək olmasına səbəb olur. Bu da öz növbəsində əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
"Report"un analitik qrupu hesab edir ki, cari qlobal iqtisadi konyunktur fonunda manatın dollarla müqayisədə 5%-ə qədər möhkəmlənməsi, yəni məzənnənin 1,44 AZN/USD səviyyəsinə qədər geriləməsi iqtisadi canlanmanı artıracaq, gömrük və vergi daxilolmalarının həcmini yüksəldəcək. Bu mənada Azərbaycan Mərkəzi Bankının daha çevik addım atması gözlənilir.
Qaynarinfo.az