Xəbər lenti

Dolların məzənnəsi ilə bağlı müəyyən gözləntilər var
Ekonomiks07:14 27.04.2016

Dolların məzənnəsi ilə bağlı müəyyən gözləntilər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərkəzi Bank manatın məzənnəsini imkan daxilində müəyyənləşdirilmiş koridorda saxlamağa çalışır.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank yenidən hərraca qayıdıb və bu dəfə alıcı qismində: "Əvvəl də qeyd etmişdim ki, Dövlət Neft Fondu öz xərcləmələri üçün dolları satmalıdır və əgər bu valyutanı banklar almasalar, o zaman Mərkəzi Bank alacaq. Həmin müddətdən sonra Mərkəzi Bank 2 dəfə dollar alışı həyata keçirib. Mərkəzi Bank hərraca daxil olmaqla manatın məzənnəsinin möhkəmlənməsinin də qarşısını almış olur və oldu. Bu, əslində, ondan xəbər verir ki, Mərkəzi Bank məzənnəyə istənilən zaman təsir etmək imkanını özündə saxlayır. Deməli, manatın məzənnəsinin müəyyənləşdirilməsində indi Mərkəzi Bank bazardan daha çox rıçaqlara malikdir".

Ekspertin fikrincə, belə görünür ki, manatın məzənnəsi imkan daxilində müəyyənləşdirilmiş koridorda saxlamağa çalışılır: "Təbii ki, bu eyni zamanda birbaşa manat bazasının hansı səviyyədə böyüməsindən asılı olacaq. Hələlik Mərkəzi Bankın bir neçə 10 milyonluq alqı-satqıları bazara ciddi iqtisadi təsir göstərmir. Daha çox psixoloji təsirlər hiss edilir. Amma Mərkəzi Bank alıcı statusunu bir müddət də saxlayarsa, bu, manat bazasının artmasına və dollara tələbin yüksəlməsinə səbəb ola bilər. Təbii ki, burada idxal-ixrac əməliyyatları, real sektora yatırımlar, bankların kreditləşmə səviyyəsi kimi faktorlar da ciddi təsirə malikdir. Hələ ki, Mərkəzi Bank öz resepti üzrə manat bazasını məhdudlaşdırmaq və sadəcə zəruri hallarda bazara daxil olub kursa təsir etmək və öz ehtiyatlarını artırmağa çalışacaq. Sözügedən bank hərracda alıcı kimi fəal olacağı halda isə dolların manata nisbətən mərhələli möhkəmlənməsi müşahidə ediləcək".//milli.az

Qayanrinfo.az