"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent UEFA Avropa Liqasının 1/8 finalında "Barselona” ilə oyun öncəsi təşkil olunan mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb.
Qayarinfo İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Beşiktaş" matçı bizim üçün çox vacib idi. Mənim üçün bir matçda qalib gəlməyin ən vacib yolu ondan əvvəlki oyunda qələbə qazanmaqdır. "Beşiktaş”a uduzsaydıq, məndən niyə onlara qarşı daha yaxşı komanda ilə oynamadığımızı soruşardınız. Bu gün görəcəyik. Komanda "Beşiktaş”la oyunda yorğun idi. "Barselona" matçından sonra təyyarə İstanbula enə bilməyib. İzmirdə məşq etməli olduq. Sabah 90 dəqiqə son dəqiqəyə kimi mübarizə aparmağa çalışacağıq. "Barselona" ilə oyundan iki gün sonra səfərə və oyuna çıxacağıq. Hər halda, bu qədər. Bu nöqtədə dəyişə biləcəyimiz heç nə yoxdur”.
Torrent, bunarı da sözlərinə əlavə edib:
"Əlbəttə, "Barselona" kimi yüksək səviyyəli fərdi keyfiyyətə malik oyunçulara qarşı oynamaq başqa şeydir. Biz mütləq növbəti mərhələyə adlamağa çalışırıq. Oyunla bağlı anlayışımız da buna yönələcək. Türkiyədə "Barselona"nı kifayət qədər yaxşı tanımayanlar bir daha nəzər salsınlar. Bizimlə keçirdikləri oyundan sonra dörd qol vurmağı bacardılar. Ona görə də komandamızın "Barselona”ya qarşı mübarizəsini ədalətli dəyərləndirməliyik. "Barselona” hazırda dünyanın ən yaxşı beş komandasından biridir. "Barselona" üçün çətin olacaq oyun təşkil etməyə çalışırıq. Müdafiədə əla olmalısan. Bizim mütləq qol şanslarımız olacaq. "Barselona”ya qarşı ilk dəqiqələrdən yaxşı oynamaq lazımdır, xüsusən də qapıçımız. İnanıram ki, sonradan bəzi fürsətlərdən yararlana bilərik”.
Məşqçi zədəli futbolçularla bağlı sualı cavablandırıb:
"Yalnız Arda Turan zədəli olduğu üçün heyətdə yoxdur. Dünən Halilin qızdırması var idi. Onun haqqında bir dəfə də həkimlə danışmalıyıq. Bundan başqa, bütün komanda heyətə daxil olmağa hazırdır”.
O, "Barselona” qarşı açıq oyunun çox da ağıllı olmayacağını deyib:
"Komanda ilə birlikdə hərəkət etməyimiz çox vacibdir. Fərdi oynamağa çalışsaq, problem yarana bilər. Biz kompakt hərəkət etməli və komanda ruhunu yaşatmalıyıq. Növbəti oyunda da "Barselona”ya qarşı eyni formada oynamağı planlaşdırırıq. Bu, final qədər ciddi qəbul etdiyimiz bir oyundur”.
Səbuhi Həsənov