Xəbər lenti

Donald Tramp istintaqa cəlb olunur
Ölkə14:00 02.03.2017

Donald Tramp istintaqa cəlb olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq “Respublikaçı”lar da prezidentdən şübhələnirlər.

ABŞ Konqresinin respublikaçı və demokratlardan ibarət komitəsi, yeni prezident Donald Trampla bağlı istintaq başlamasına qərar verib. Komitə Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələrinin olub-olmadığını araşdıracaq.

İstiPress-in “BBC”-yə istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının kəşfiyyat xidməti, Rusiyanın 2016-cı ildəki seçkilərə müdaxilə edib-etmədiyini araşdıracaq. Respublikaçılar indiyədək demokratların istintaq tələbinə istəksiz yanaşırdılar. Lakin son yaşananlar respublikaçı senatorlarda da Trampa qarşı ciddi şübhələr yaradıb.

Belə ki, bir ay əvvəl yeni prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flayn, rus kəşfiyyatı ilə əlaqələri üzə çıxdıqdan sonra istefa verməyə məcbur olmuşdu. Son olaraq, Donald Tramp administrasiyasında yer alan, ABŞ-ın Baş prokuroru Ceff Seşonun da Rusiya ilə əlaqələri üzə çıxıb. Onun Vaşinqtondakı rus səfir Sergey Kislyak ilə prezident seçkilərindən öncə iki dəfə görüşdüyü üzə çıxıb. Ceff Seşon hələlik istefa verməsə də, onun vəzifədə uzun müddət qalmayacağı iddia edilir.

Qaynar.Az