Xəbər lenti

Dopinqdən istifadə edən rus idmançı ilə bağlı qərar verildi
İdman11:07 14.02.2022

Dopinqdən istifadə edən rus idmançı ilə bağlı qərar verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İdman Arbitraj Məhkəməsi (CAS) dopinqdən istfadə etməkdə ittiham olunan rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi üzrə qərarı açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Konkisürmə İttifaqı (ISU) və Ümumdünya Antidopinq Agentliyinin (WADA) apellyasiya şikayətini təmin edilməyib.
İdmançının Pekin Olimpiadasıda iştirakına icazə verilib. 16 yaşlı idmançı fevralın 15-də fərdi yarışlara qatıla biləcək. O, Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın əsas rəqiblərindən olacaq.
Beynəlxalq Dopinq Test Agentliyi (ITA) fevralın 12-də bildirib ki, Vəliyevanın 2021-ci il dekabrın 25-də verdiyi dopinq testində "trimetazidin" aşkarlanıb. Rusiya Antidopinq Agentliyi fevralın 9-da Vəliyevaya qarşı müvəqqəti diskvalifikasiya tətbiq edib. IOC, ISU və WADA fevralın 13-də bu qərardan CAS-a şikayət edib.
Səbuhi Həsənov