Xəbər lenti

Dopinqə düşmüş azərbaycanlı idmançı üçün yaşıl işıq göründü
İdman10:07 08.11.2016

Dopinqə düşmüş azərbaycanlı idmançı üçün yaşıl işıq göründü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dopinqə düşmüş 47 ağırlıqqaldırandan 11-nin analizlərinin yenidən yoxlanılmasını lazım bilib.

Qaynarinfo.Az xəbər verir ki, bunlar arasında 62 kq çəki dərəcəsində Pekin-2008-də çıxış etmiş Sərdar Həsənov da var. Bəraət almaq ehtimalı olan digər idmançılar da MDB məkanındandır. Ən çox bu siyahıda Belarus idmançılarıdır (5 nəfər). 

Həmin idmançılar bunlardır:

Pekin-2008

Sərdar Həsənov (Azərbaycan) 62 kq

Olqa Korobka (Ukrayna) +75 kq

Andrey Rıbakov (Belarus) 85 kq

London-2012

Dzina Sazanevets (Belarus) 69 kq

Svetlana Podobedova (Qazaxıstan) 75 kq

Maiya Maneza (Qazaxıstan) 63 kq

Zülfiyyə Çinşanlo (Qazaxıstan) 53 kq

Anastasiya Novikova (Belarus) 53 kq

Marina Şkermankova (Belarus) 69 kq

Yevgeni Jarnasek (Belarus) +105 kq

Apti Auxadov (Rusiya) 85 kq 

Qeyd edək ki, dopinqə düşmüş 47 idmançı arasında Azərbaycandan Sərdar Həsənovdan başqa, Boyanka Kostova (58 kq), İntiqam Zairov və Nizami Paşayevin (hər ikisi 94 kq) də adı var. Lakin son 3 ağırlıqqaldıranın Olimpiadadakı nəticələri artıq ləğv olunub.

Qaynarinfo.Az