Xəbər lenti

"Dördlər finalı"nın məkanı müəyyənləşdi
İdman11:07 17.12.2021

"Dördlər finalı"nın məkanı müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasının "Dördlər finalı”nın keçiriləcəyi məkana aydınlıq gətirilib.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin qərarı ilə 2021/2022-ci il mövsümünün qalibi Latviyanın paytaxtı Riqada müəyyənləşəcək. "Riqa Arena”da yarımfinal oyunları aprelin 28-də və ya 29-da, üçüncü yer və final matçı isə aprelin 30-da və ya mayın 1-də keçiriləcək.
Bu arenada 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunub.
Səbuhi Həsənov