Xəbər lenti

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib (FOTO)
Ölkə12:02 31.03.2025

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətdən məlumat verilib.
Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.