Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.
APA-nın məlumatına görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.
Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***19:15
Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"Report” xəbər verir ki, hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib və əməliyyat zamanı hər iki şəxs saxlanılıb.
Mayın 9-da Prezident İlham Əliyev Rafiq Abbasov və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalayıb.