Xəbər lenti

Dubayda qəlyan çəkdiyi üçün futbolçu heyətdən çıxarıldı - FOTOLAR
İdman11:05 01.04.2016

Dubayda qəlyan çəkdiyi üçün futbolçu heyətdən çıxarıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Aston Villa" klubunun hücumçusu Qabriel Aqbonlahor müvəqqəti olaraq komandanın heyətindən uzaqlaşdırılıb.

Qaynar.info xəbər verir ki, buna səbəb 29 yaşlı futbolçunun ötən şənbə Dubayda istirahət zamanı qəlyandan istifadə etməsidir. O, gecə klubuna "Aston Villa"dan Mayka Riçards və "Kristal Palas"dan Freyzer Kempbell və Duayt Qeyllə yollanıb. Ancaq fotoobyektlərə isə Aqbonlahorun qəlyan çəkməsi düşüb.

Birminqem klubunun rəsmi "Tvitter" səhifəsi isə bununla bağlı bildirib ki, hücumçu İngiltərə Premyer Liqasının "Çelsi" ilə ev qarşılaşmasında iştirak etməyəcək. Hazırda "Aston Villa" bu insident barədə araşdırma aparır.

Qeyd edək ki, Qabriel Aqbonlahor cari mövsüm "Aston Villa"da 18 matça cəmi 1 qol vurub. Onun komandası isə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Qaynar.info