Xəbər lenti

Dubayda Rusiyadan çıxarılan pullar hesabına baş verən əmlak bumu sona çatdı – Bloomberg
Dünya 20:45 07.11.2023

Dubayda Rusiyadan çıxarılan pullar hesabına baş verən əmlak bumu sona çatdı – Bloomberg

Son bir neçə ayda Dubayda rusiyalılar tərəfindən əmlak alışı yavaşlayıb. Rieltorların bildirdiyinə görə, bu təbii azalma, keçən il Rusiyanın Ukraynaya təcavüzü ilə alışların artımından sonra baş verir. BƏƏ-yə köçən bəzi rusiyalılar Dubayın onlara uyğun olmadığına qərar verib və gediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır

Rusiyalılar ənənəvi olaraq Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlakın pərəstişkarı olublar, lakin 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq sanksiyaların tətbiqindən sonra daşınmaz əmlak bazarı rusiyalılarla dolub. 

"CBRE Group Inc”ə görə, rusiyalılar son iki il ərzində BƏƏ-nin pandemiya sonrası daşınmaz əmlak bazarı bumunun bir hissəsi olublar. Bu dövr kəsişiyində BƏƏ-də evlər 30% bahalaşıb. 

Lüks daşınmaz əmlak agentlərindən biri deyir ki, rusiyalılar əmlak bazarında böyük qazanc əldə etdikdən və ya artıq ödəyə bilməyəcəkləri sövdələşmələrdən çıxdıqdan sonra pullarını geri qaytararaq "xalis satıcılara” çevriliblər.

"Onlar qazanc əldə edirlər", - "Driven Properties” qurucusu Abdullah Aladcaci bildirib. Onun rusiyalı müştəriləri iyun-avqust ayları arasında 146,5 milyon dirhəm (39,9 milyon dollar) dəyərində əmlak alıb və eyni dövrdə 276 milyon dirhəmə əmlak satıblar. 

Rublun kəskin ucuzlaşması Dubayda daşınmaz əmlakı rusiyalılar üçün bahalaşdırır - rubl son bir ildə 33% düşüb.

Dubayın ən böyük developeri "Emaar Properties PJSC”yə görə, rusiyalılar tərəfindən satınalmalar 2023-cü ilin birinci yarısında davam edib. 

Sonra, son bir neçə ay ərzində Rusiya pasportu olan və ya Kipr, Sent Kitts və Nevis və ya Malta kimi ölkələrdən daha az alıcı olduğundan bazarda tənəzzül başlayıb. 

Xüsusilə, ən çox zərər çəkən seqment bu enişin təsirini hiss edən lüks seqmentdir.

"Keçən il ruslar bahalı mülklər alırdılar. Onlar soruşmurdular ki, 10 milyon və ya 15 milyon dollardır, fərq etməzdi. Alırdılar. Amma indi daha bu qiymətlərlə almırlar", - deyə Dubay broker şirkəti "Unique Properties”in baş direktoru Araş Cəlili izah edir. 

Cəlili hesab edir ki, rusların onun firmasında etdiyi sövdələşmələrin sayı 15% azalsa da, bu sövdələşmələrin dəyəri 50% azalıb.

Rusların marağının azalması dünyanın digər ölkələrindən investorların alışlarının artması ilə kompensasiya edilib.

Bazar iştirakçıları vergi və təhlükəsizlik səbəbi ilə BƏƏ-də əmlak almaq istəyən avropalılar, amerikalılar, çinli və sinqapurlu investorların marağının artdığını deyirlər. Hindistanlılar və britaniyalılar ən yaxşı alıcılar kimi ənənəvi rolunu oynamağa davam edir, çinli alıcılar isə pandemiyadan sonra bazara qayıdırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->