Bakıda məşhur "Dübəndi balıq evi” restoranı cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, restoran sahibi barəsində müştərinin şikayəti əsasında protokol tərtib edilib.
Belə ki, "Dübəndi balıq evi” restoranında Afiq Zamanov (ad, soyad-şərti) adlı müştəri istifadə etmədiyi qidalara görə ondan əlvə vəsait tələb olunub. Mütəriyə sözügedən vəsait məcburi ödətdirilib.
Afiq Zamanov restoranda ondan alınan əlvə ödənişlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlayıb.
Dövlət qurumu məsələni araşdırdıqdan sonra "Dübəndi balıq evi” restoranın sahibi İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 manat inzibati cərimə tənbeh növü tətbiq edilib. Müştəriyə dəymiş zərər geri qaytarılıb.
Məhkəmə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarını dəyişdirmədən saxlayıb.
Əhməd
Şərhlər