Dünən metroda vəziyyəti pisləşən 19 nəfər təcili yardıma müraciət edib, onlardan 6-sı xəstəxanalara yerləşdirilib.
Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Rauf Nağıyev məlumat verib.
"Vəziyyətləri stabil idi. Ağır xəstələr deyildilər. Prosedura uyğun olaraq, həkim nəzarətində saxlamaq lazım olduğu üçün onları xəstəxanalara yerləşdirmişdik. Bir qismi artıq buraxılıb. Ciddi problem yoxdur".
Çingiz Səfərli