Xəbər lenti

Dünya bazarında neft bahalaşdı
Ekonomiks05:01 04.07.2016

Dünya bazarında neft bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo.az "APA-Economics"-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə dəyişməyərək 48,99 dollar təşkil edib.
 ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 50,37 dollar olub.
 Neft OPEC və ABŞ rəsmi dairələrinin bəyanatlarından sonra bahalaşıb. Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əv-Falih və OPEC-in baş katibi Məhəmməd Barkindo bildiriblər ki, neft bazarı balansa doğru hərəkət edir ki, bu da nefti bahalaşdırır. 
ABŞ-ın Energetika Nazirliyi də analoji fikirdədir.
Qaynarinfo.az