
2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək.
APA-nın məlumatına görə, bu bərədə qərar Liverpulda baş tutan Beynəlxalq Gimnastika Federasiyası (FİG) Şurasının iclasında verilib. Sayca 37-ci olacaq mundial Olimpiada-2020-yə lisenziya xarakteri daşıyacaq.
Qeyd edək ki, Azərbaycan 2005-ci ildə də dünya çempionatına ev sahibliyi edib.
Qaynar.info