Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb.
Qaynarinfo-nun məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə qalib gəlib - 9:5.