Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq.
Qaynarinfo xəbər verir ki, Zelim Tçkayev (81 kq) tatami üzərinə çıxacaq.
O, Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə 1/16 finalda üz-üzə gələcək.
Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.
Şərhlər