Xəbər lenti

Dünya çempionatı daha bir nəfərin ölümünə səbəb oldu
İdman10:17 18.06.2014

Dünya çempionatı daha bir nəfərin ölümünə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçika millisinin Əlcəzair üzərindəki (2:1) qələbəsini qeyd edən fanatlardan biri dünyasını dəyişib. 

Fanat.az xəbər verir ki, Brüsseldə aslan abidəsinin üzərinə çıxan fanat, müvazinətini itirərək yerə yıxılıb. Hadisə nəticəsində ağır zərbə alan futbolsevər səhərə yaxın xəstəxanada keçinib.

Qeyd edək ki, daha 2 azarkeş Antverpendə Stabreke kilsəsinin üzərinə çıxsa da, yanğınsöndürənlər onları aşağı endirib. 

Qaynar.info