Xəbər lenti

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazandı (YENİLƏNİB)
İdman16:30 11.09.2022

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazandı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4.
Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub. Daha əvvəl 55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub. 
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb. 
20:30
Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.
Qaynarinfo xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.
Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya "qızıl"ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub.
Qeyd edək ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi - 8:2.